Rusiyanın bütün bölgələrinə "Sputnik V" peyvəndi paylanıb

Rusiyanın bütün bölgələrinə "Sputnik V" peyvəndi paylanıb

Rusiyanın bütün bölgələri mülki istifadə üçün nəzərdə tutulan "Sputnik V" koronavirus peyvəndinin sınaq partiyalarını əldə edib.

İnterAz-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

“Bütün bölgələr Qamaley adına Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzi tərəfindən hazırlanmış "Gam-COVID-Vac" (Sputnik V) peyvəndinin ilk sınaq partiyalarını əldə edib", nazirliyin məlumatında deyilir.

Məlumata görə, bütün dərmanlar rəqəmsal etiketlə üzlənib.

Mənbə: www.interaztv.com