Sürücülərin sərxoşluq dərəcəsi distant şəkildə müəyyən ediləcək

Sürücülərin sərxoşluq dərəcəsi distant şəkildə müəyyən ediləcək

Rusiyanın "MedPoint" və "NtechLab" şirkətləri məsafəli şəkildə sürücülərin sərxoşluq dərəcəsini müəyyən edə biləcək sistem ərsəyə gətiriblər.

Open.az "Ntechlab" saytına istinadən xəbər verir ki, sözügedən sistem sayəsində fərqli nəqliyyat vasitələrini idarə edən sürücülərin spirtli içki qəbul etdiklərini xüsusi göstəricilər sayəsində aşkarlayaraq, bir çox qəza hallarının qarşısını almaq mümkün olacaq.

Sistem; təzyiqölçən tanometr, üz tanıma texnologiyası, termometr və ən əsası alkotester ilə təchiz olunacaq.

Beləliklə də, əməkdaşın işə qəbul prosesi zamanı lazımlı tibbi müayinələrinin göstəriciləri və sistem tərəfindən çəkilmiş fotosu bazaya daxil ediləcək. Növbəti addımda isə istifadəçi asanlıqla sistemdə qeydiyyatdan keçə biləcək.

Mənbə: open.az