İtlər koronavirusu bir dəqiqəyə aşkar edir

Helsinki hava limanında xüsusi təlim keçmiş itlər sərnişinlərin koronavirusa yoluxub-yoluxmadığını qoxu ilə müəyyən edirlər. Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd edilir ki, itlər onlara verilən test salfetlərindən istifadə edərək virusu tanımağı öyrəniblər. İlk növbədə xaricdən gələn sərnişinlər yoxlanılır, onlardan dərilərini salfetlə silmələri istənilir. Sonra salfet itlərə aparılan xüsusi qaba qoyulur. Cəmi bir dəqiqə ərzində sərnişinin COVID-19 olub- olmadığı itlər tərəfindən müəyyən edilir. Nəticə müsbət olduqda, həmin şəxs tibbi məlumat mərkəzinə göndərilir.

Şahanə Rəhimli
Azvision.az

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Təyyarə biletlərinin qiymətləri nə vaxt ucuzlaşacaq?

SONRAKI XƏBƏR

Sürücülərin sərxoşluq dərəcəsi distant şəkildə müəyyən ediləcək