“Johnson&Johnson” ABŞ-da bir inyeksiyalı peyvəndin sınaqlarına başlayır

Dünyanın ən böyük kimya şirkətlərindən biri olan “Johnson&Johnson” ABŞ-da bir inyeksiyalı peyvəndin sınaqlarına başlayır. Banker.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında deyilir. Qeyd edildiyi kimi, yeni peyvənd 60 min könüllü üzərində sınaqdan keçiriləcək və plasebo effektinə malik olan dərmanların nəticələri ilə müqayisə ediləcək.

Şirkət sınaqlara uğurla başa çatdığı təqdirdə, peyvəndi 2021-ci ilin əvvəlində təsdiq etməyi planlaşdırır. Verilən məlumata görə, koronavirusa qarşı olan bu peyvəndin hazırlanmasında Harvard Universitetinin mütəxəssisləri iştirak ediblər.

Ümumilikdə, bu, ABŞ-ın dördüncü ən böyük klinik sınaqlarına daxil olan dördüncü peyvənddir. Daha əvvəl bunu “Pfizer”, “Moderna” və “AstraZeneca” şirkətləri etmişdir.

Banker.az

ƏVVƏLKİ XƏBƏR

Maska taxmadığı üçün xəbərdarlıq edilən qadın xəstəxananı bir-birinə qatdı - VİDEO

SONRAKI XƏBƏR

Naxçıvan Bölməsinin əməkdaşları hərbi hissədə olublar