Doktor Myasnikov koronavirusla bağlı sirlərdən danışdı

Doktor Myasnikov koronavirusla bağlı sirlərdən danışdı

Televiziya aparıcısı və həkim Aleksandr Myasnikov elm adamlarının haqqında hələ qəti bir fikir bildirə bilmədiyi koronavirusun sirlərindən danışıb.

Qaynarinfo bu haqda KP.ru veb saytına istindala xəbər verir.

Müzakirə olunan ilk şey budur - virus haradan gəlib. Alimlər SARS-CoV-2 koronavirusunun mənbəyi yarasalar olan heyvan mənşəli bir RNT virusu olduğunu təsbit ediblər. Virus insanlara ilk dəfə Çinin Vuhan şəhərində heyvanlardan yoluxub. Ancaq bunun necə mümkün olduğu hələ də aydın deyil. Bir sıra elm adamları təbii bir mutasiyadan danışırlar, digərləri isə məhz bu şəhərdə yarasalarda koronavirusların öyrənildiyi və virusların sintetik dəyişikliklərinin yaradıldığı Çin Virusologiya İnstitutunu xatırladırlar.

Sonra elm adamları virusun necə ötürüldüyünü müəyyənləşdirməyə davam edirlər. Artıq bunun asqırma və öskürək yolu ilə ötürülən və tənəffüs zamanı havaya düşən respirator virusu olduğu dəqiq bilinir. Virus gözlərə də daxil ola bilrr. Ancaq bu günə qədər virusun qan, nəcis, sperma, eləcə də pul, nəqliyyat kartları ilə yoluxma qabiliyyəti barədə yüzdə yüz cavab yoxdur.

Mütəxəssis tərəfindən müəyyən edilən digər suallar bunlardır: "Virus asemptomatik daşıyıcılar və uşaqlar tərəfindən ötürülürmü?"; "Onu necə müalicə etmək olar?"; "Kimləri yoxlamaq lazımdır?"; "Davamlı bir immunitet varmı?"; "Peyvəndlərin effektivliyi"; "Virusun planet ətrafında yayılma modeli"; "Qarşısının alınması yolları".

Mənbə: qaynarinfo.az