Tesla avtopilotu saatda 140 km sürətlə polisdən qaçmaq istəyib

Tesla avtopilotu saatda 140 km sürətlə polisdən qaçmaq istəyib

Avtopilot sisteminə sahib Tesla Model S elektromobili yenə yol hərəkəti hadisəsində iştirak edib. Lakin bu dəfə dəhşətli nəticələrə rast gəlinməyib. Bu barədə Gagadget saytı xəbər verib. Hələ bu ilin iyul ayında Kanadanın Alberta adlı əyalətində baş vermiş hadisə barəsində məlumat verilib. Belə ki, həmin vaxtda yol polislərinin diqqətlərini yolda saatda 140 km sürətlə hərəkət etmiş Model S elektromobili çəkib. Bununla belə sərnişin və sükan arxasında olan oturacaqlar arxa tərəfə əyilmiş şəkildə idilər. Başqa sözlə desək, elektromobil saatda 140 km sürətlə hərəkət edən zaman onun daxilində olmuş şəxslər yatmış vəziyyətdə idilər.

Bütün müddət ərzində isə elektromobili avtopilot sistemi idarə edirdi. Polislər elektromobilə çatıb onu dayandırmağa cəhd göstəriblər. Lakin elektromobil saatda 150 km sürətə çatıb. Çox güman ki, elektromobilin sistemi sadəcə olaraq boş yola reaksiya verib. Belə ki, yol polisi maşınlarının siqnalları sayəsində digər avtomobillər yolun əsas hissəsindən çəkilməli olurdular. Nəticə etibarilə polislər bu cür yüksək sürətlə hərəkət etmiş Model S-i dayandıra biliblər. Polislərin verdikləri məlumatlara əsasən sürücü və sərnişinlər yuxulu görünürdülər.

Elektromobilin 20 yaşlı sürücüsü sürət həddini keçməkdə günahlandırılmışdı. Dekabr ayında onu məhkəmə gözləyir. Polislər qeyd ediblər ki, sürücülər hələ də öz avtomobillərinin idarəetmələrindən cavabdehdilər. Belə ki, müasir avtomobillərdə avtopilot sistemi hələ ideal səviyyədə deyil. Bu həqiqətən də belədir. Tesla-nın sonuncu avtopilot sistemi tələb edir ki, sürücünün əlləri sükanın üzərində olsun. Əks halda elektromobil öz sürətini aşağı salır və yavaş şəkildə park olunur. Lakin avtopilot sistemlərinin hack olunması üsulları mövcuddur və hətta bəzi sürücülər əlləri sükan üzərində ola-ola da yuxuya gedə bilirlər.

Milli.Az

Mənbə: news.milli.az