Maserati 13 yeni model buraxacaq - FOTO

Maserati 13 yeni model buraxacaq - FOTO

Maserati şirkəti yeni modellərin buraxılması planını və markanın "sağlamlaşdırılması" proqramını yenidən nəzərdən keçirib. İki gün bundan öncə təqdim oedilmiş ortamühərrikli MC20 superkarını nəzərə almaqla, 2024-cü ilə qədər italyan markasının model xəttində 13 yeni model peyda olacaqdır ki, bunların da yarısı elektrokarlardır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Maserati gələcək yenilikləri dörd kateqoriyaya bölür: Halo - MC20 kimi imic məhsulları, Large - iri modellər, Full size - tam ölçülü avtomobillər, Medium - bəyan edilmiş Grecale krossoveri də daxil olan orta ölçülü modellər. Eyni zamanda, hər bir kateqoriyada daha üç seqment vardır: minik avtomobilləri, idman avtomobilləri və krossoverlər.

Plana əsasən, ortamühərrikli MC20 kupesindən sonra şirkət superkarın rodster və elektrik versiyasını təqdim edəcəkdir. Maserati Quatttoporte sedanını da nəsil dəyişəcək və eyni zamanda elektrik modifikasiyasını alacaqdır.

Bənzər üsulla, GranTurismo və GranCabrio modelləri də yenilənəcək və növbəti Levante krossoveri kimi, batareyalı versiyalarda təklif ediləcəkdirlər. Maserati Grecale krossoveri də "yaşıl" versiyada buraxılacaqdır. Grecale modelinin Alfa Romeo şirkətinin arxa ötürməli Giorgio platformasında inşa ediləcəyi və ölçüləri baxımından D seqmentinə düşəcəyi deyilir.

Elektrikləşdirmə - məcburi tədbirdir. Şirkət emissiya standartlarını aşmağa görə böyük miqdarda cərimələr ödəmək istəmir və buna görə də, tədricən bütün model çeşidini "yaşıllaşdıracaqdır". Bu prosesə, elektrik kompressoru və 48 voltluq startyor-generatoru olan Maserati Ghibli Hydrid mülayim hibridi ilə başlanıb.

Milli.Az

Mənbə: news.milli.az