Niderland sursat tədarükü üçün “Rheinmetall” şirkəti ilə müqavilə imzalayıb

Niderland sursat tədarükü üçün “Rheinmetall” şirkəti ilə müqavilə imzalayıb

Niderland hökumətinin müdafiə satınalmalarına nəzarət edən qurumu sursat tədarükü üçün “Rheinmetall” şirkəti ilə müqavilə imzalayıb. Ordu.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.

Bildirilir ki, müqavilə piyadaların döyüş maşınları üçün 35 mm orta kalibrli sursat, 40 mm patronlar və 155 mm-lik ən müasir top silahlarının tədarükünü ehtiva edir.

Müqavilə hər il 50 milyon avroluq sursatın təhvil verilməsini nəzərdə tutur, ümumi həcminin 500 milyon avroya çatacağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az