Rusiyanın “İrkutsk” nüvə sualtı qayığı 2023-cü ildə Sakit okean donanmasına qayıda bilər

Rusiyanın “İrkutsk” nüvə sualtı qayığı 2023-cü ildə Sakit okean donanmasına qayıda bilər

20 ildən çoxdur təmir və modernizasiya işləri aparılan “Antey” sinfinə məxsus (Proyekt 949A) çoxməqsədli nüvə mühərrikli “İrkutsk” sualtı qayığı 2023-cü ildə Sakit okean donanmasına qayıda bilər. Ordu.az xəbər verir ki, bu barədə gəmiqayırma sənayesindəki bir mənbə “TASS” agentliyinə məlumat verib.

““İrkutsk” üçün gözlənilən dönüş tarixi 2023-cü ildir”, - deyə mənbə qeyd edib.

Əvvəllər “İrkutsk” sualtı qayığının 2017-ci ildə Sakit okean donanmasına qayıdacağı gözlənilirdi. Sonra tarixlər 2019-a, daha sonra 2022-yə təxirə salındı.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az