Azərbaycanın fizika-riyaziyyat üzrə ilk qadın professoru vəfat edib

Azərbaycanın fizika-riyaziyyat üzrə ilk qadın professoru vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Elm və texnika üzrə sabiq prorektoru Zərifə İsgəndərzadə 85 yaşında vəfat edib. Azvision.az -ın məlumatına görə, o, 1959-cu ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirib.
1995-2000-ci illərdə AzTU-nun Elm və texnika üzrə prorektoru vəzifəsində işləyib. 30 il ərzində (1980-ci ildən 2010-cu ilə kimi) AzTU-nun Yarımkeçiricilər və dielektriklər, Mikroelektronika və tətbiqi fizika və Elektronika kafedralarına rəhbərlik edib. 2010-2017-ci illərdə fəaliyyətini Elektronika kafedrasının professoru kimi davam etdirib.
Zərifə İsgəndərzadə Azərbaycanın fizika-riyaziyyat üzrə ilk qadın professoru olub.
Allah rəhmət eləsin!



Azvision.az

 

Mənbə: azvision.az