“Whats App” tərtibatçıları şəkillərin avtomatik silinməsi funksiyası üzərində işləyirlər

“Whats App” tərtibatçıları şəkillərin avtomatik silinməsi funksiyası üzərində işləyirlər

Populyar "WhatsApp" messencerinin yaradıcıları "Expiring Media" adlı yeni funksiyanın tətbiqi üzərində işləyirlər. Proqramın beta-versiyası artıq "Android" platformasında əlçatandır.
İnsider.az xəbər verir ki, messencerin əsas vəzifəsi ani mətn mesajları, həmçinin media faylların göndərilməsidir. Hazırda göndərilmiş mediakontent həmsöhbətin qurğusunda qeyri-məhdud müddətə saxlanılır. "Expiring Media" funksiyası avtomatik silinmə xüsusiyyətinə malik foto və video göndərmək imkanı əlavə edir, yəni həmsöhbət çatı tərk edən kimi mesaj avtomatik silinəcək.

ICTnews

Mənbə: insider.az