Rusiya ordusuna S-400 sistemlərinin üçüncü partiyası təhvil verilib

Rusiya ordusuna S-400 sistemlərinin üçüncü partiyası təhvil verilib

Rusiyanın “Almaz-Antey” Hava və Kosmik Müdafiə Korporasiyası bu il S-400 HHM sisteminin üçüncü partiyasını vaxtından əvvəl Rusiya Müdafiə Nazirliyinə təhvil verib. Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, sistemin istismara qəbul sınaqları “Kapustin Yar” poliqonunda baş tutub.
“Almaz-Antey” tərəfindən hazırlanan və istehsal olunan S-400 sistemi, hava zərbələrindən, qanadlı, taktiki və əməliyyat ballistik raketlərdən qorunmaq üçün nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az