Fransanın kəşfiyyat gəmisi İstanbul boğazından keçdi - Egey dənizinə

Fransanın kəşfiyyat gəmisi İstanbul boğazından keçdi - Egey dənizinə

Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus A-759 nömrəli “Dupuy De Lome” zirehli kəşfiyyat gəmisi Çanaqqala boğazından keçərək Egey dənizinə daxil olub.

Teleqraf.com xəbər verir ki, Fransa gəmisini Türk Sahil Təhlükəsizlik Qüvvələrinin katerləri müşayiət edib.

Elektrik kəşfiyyat xidməti həyata keçirən və 2006-cı ildə Fransa donanmasına daxil edilən gəmidə 2 naviqasiya radar sistemi, peyklə əlaqə stansiyası, radar xəbərdarlığı, elektrik müşahidə sistemi kimi ən müasir texnologiya mövcuddur.

Gəmidəki texnologiya elektron poçt ünvanları daxil olmaqla müasir rabitə vasitələrini izləməyə imkan verir.

 

Mənbə: teleqraf.com