Hindistan Norveç şirkətindən avtonom sualtı vasitə alır

Hindistan Norveç şirkətindən avtonom sualtı vasitə alır

Hindistan Norveçin “Kongsberg Maritime” şirkətindən HUGIN avtonom sualtı vasitəsi alır. Ordu.az xəbər verir ki, satış şirkətin törəməsi olan “Kongsberg Maritime India” tərəfindən həyata keçiriləcək.

Bildirilir ki, sualtı vasitəsi Hindistanın 2018-ci ildə “Garden Reach Shipbuilders & Engineers” şirkətindən sifariş verdiyi yeni hidroqrafik tədqiqat gəmilərində istifadə olunacaq.

Məlumata görə, “Kongsberg Maritime” şirkəti Hindistana qeyd olunan sistemdən 4 ədəd tədarük edəcək.

Sevinc Əliyeva
Ordu.az


 

Mənbə: ordu.az