Koronavirus peyvəndi barədə xoş xəbər - Əks təsiri yoxdur

Koronavirus peyvəndi barədə xoş xəbər - Əks təsiri yoxdur

"Johnson and Johnson" dərman şirkətinin üzərində çalışdığı koronavirus peyvəndinin sınaq mərhələsinin ikidə bir hissəsi başa çatıb.

Cebhe.info xəbər verir ki, 800 şəxsin üzərində yoxlanışdan keçirilən peyvəndin immunitet sistemi gücləndirdiyi məlum olub.

Peyvəndin ilkin sınaq prosesində 18-55 və 65 yaşdan yuxarı şəxslər iştirak ediblər. Sınaq prosesindən verilən ilkin məlumata görə, peyvəndin əks təsiri yoxdur və insan orqanizminə müsbət təsir edərək immunitet sistemin güclənməsinə səbəb olur.

Sınaq prosesinin mütəxəssisləri bildirib ki, 18-55 yaş aralığında olan şəxslərə vurulan peyvənd 29 gün sonra virusa qarşı antikor yaradır və onlar baş ağrısı, yorğunluq, əzələ ağrılarını yüngül keçirirlər.

Qeyd edək ki, peyvəndin sınaq prosesinin ilkin mərhələsində iştirak edən bəzi şəxslərə peyvəndin ikinci dozu da vurulacaq.

Semra Ələkbərli
Cebhe.info

Mənbə: cebhe.info