“Boeing” şirkəti 2,2 milyard dollar dəyərində GBU-39/B bombaları hazırlayacaq

“Boeing” şirkəti 2,2 milyard dollar dəyərində GBU-39/B bombaları hazırlayacaq

ABŞ Hərbi Hava Qüvvələri bir neçə ölkəyə GBU-39/B kiçik diametrli bomba (SDB) istehsal etməsi üçün “Boeing” şirkəti ilə müqavilə imzalayıb. Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müqavilənin dəyəri 2, 24 milyard ABŞ dollarıdır.

İstehsal ediləcək bombalar Xarici Hərbi Satış Proqramı çərçivəsində Avstraliya, Belçika, İsrail, Yaponiya, Cənubi Koreya, Hollandiya və Norveçə tədarük ediləcək. Bombalar 2027-ci ilin sentyabrına qədər sifarişçilərə təhvil veriləcək.

“Boeing” tərəfindən hazırlanan GBU-39/B kiçik dimaterli bomba havadan atılan sursatdır. Təxminən 130 kiloqram ağırlığında olan bombalar 110 + kilometr mənzili var.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az