Bu şəxslərdə virusa qarşı ömürlük immunitet yarana bilər

Koronavirusu ağır keçirən bəzi xəstələrdə bu virusa qarşı ömürlük immunitet yarana bilər.

Cebhe.info xəbər verir ki, bu barədə azərbaycanlı jurnalist Nailə Əsgərzadənin müəllifi olduğu "Təhlükəli virus. Peyvəndlər" filmində Rusiya Virusologiya və Biotexnika üzrə "Viktor" Elmi Mərkəzinin direktoru Rinat Maqsudov deyib.

Direktor bildirib ki, əgər şəxs xəstəliyi simtomsuz və yüngül keçirərsə, bu da immunitetin formalaşmasından asılıdır: “Ola bilər ki, bir müddət sonra profilaktika üçün yenidən peyvənd vurdurmaq lazım gələcək. Amma mənim fikrimcə, ən yaxşı peyvənd xəstəliyi keçirməkdir".

Hamaley adına Mərkəzin dikrektoru Aleksandr Hinsburq isə bildirib ki, xəstəliyi yüngül keçirənlərə peyvənd vurulduqda onlaarda antitel virusla təmasda olmayanlarla müqayisədə daha tez yaranır.

Xəstəliyi daha ağır formada keçirənlərdə isə hətta ömürlük antitel də yarana bilər.

Xəzər
Cebhe.info

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

İranda bütün dini tədbirlər ləğv edildi - Ruhani

SONRAKI XƏBƏR

Bar və restoranlarla bağlı yeni qərar verilib