Yeni nəsil polis itləri: elektronikanı da öyrənirlər

Yeni nəsil polis itləri: elektronikanı da öyrənirlər

ABŞ-ın hüquq-mühafizə orqanları xidməti itləri narkotik və silahla yanaşı, elektron qurğuları aşkarlamağı öyrətməyə başlayıblar.

Lent.az “ICTnews”a istinadən xəbər verir ki, Minnesot ştatının polisi “Sota” ləqəbli labrador cinsli xidməti iti iyə görə cinayət işləri istintaqında vacib sübutlar ola biləcək smartfon, “USB” toplayıcı və “microSD” yaddaş kartları kimi kiçik elektron qurğuları aşkarlamağı öyrədib.

İkiyaşlı “Sota” ştat sakinlərinə bu həftə Minnesota İctimai Təhlükəsizlik Departamenti (Department of Public Safety, DPS) tərəfindən təqdim olunub. İtə mikroelektronikanın örtüyündə istifadə edilən trifenilfosfin oksidi (TPPO) adlı kimyəvi maddənin iyini müəyyənləşdirmək öyrədilib.

Hazırda “Sota” Minnesotada elektron qurğuları aşkarlaya bilən yeganə itdir. ABŞ ərazisində fəaliyyət göstərən bütün polis idarələrində ümumilikdə təxminən 30 oxşar it xidmət edir.

Mənbə: lent.az