Intel şirkəti Huawei ilə əməkdaşlıq üçün ABŞ hökumətindən icazə lisenziyasını əldə edə bilib

Intel şirkəti Huawei ilə əməkdaşlıq üçün ABŞ hökumətindən icazə lisenziyasını əldə edə bilib

Keçən il ABŞ hökuməti Huawei şirkətini qara siyahıya daxil etmişdi. Bunun nəticəsində ABŞ şirkətlərinə Huawei ilə əməkdaşlıq etmək qadağan edildi. Lakin buna baxmayaraq Intel şirkəti Huawei ilə əməkdaşlığın davam etdirilməsi üçün nəzərdə tutulmuş xüsusi icazə lisenziyasını ABŞ hökumətindən əldə edə bilib. Bu barədə 4pda saytı xəbər verib. Qeyd etmək lazımdır ki, ABŞ hökuməti tərəfindən təyin edilmiş qadağaya əsasən yerli şirkətlər yalnız xüsusi icazə lisenziyasını əldə etdikdən sonra Huawei ilə əməkdaşlığı davam etdirə bilərlər. Məhz bu cür üsulla Intel şirkəti Huawei ilə əməkdaşlığı davam etdirəcək.

Güman olunur ki, Intel şirkəti Huawei noutukları üçün prosessor istehsalını davam etdirəcək. Lakin qeyd etmək lazımdır ki, Intel-in portfoliosunda digər məhsulların da istehsalı var. Huawei təmsilçiləri bildiriblər ki, hal hazırda bu cür icazə lisenziyasının əldə olunmasını həmçinin Qualcomm şirkəti də gözləyir. Sözügedən icazənin veriləcəyi halda Huawei öz smartfonları üçün Snapdragon prosessorlarının alınmasını reallaşdıracaq. Belə ki, şirkət artıq özünün Kirin prosessorlarından istifadə edə bilməz. Çünki 15 sentyabrdan başlayaraq Tayvanın TSMC şirkəti Huawei üçün Kirin prosessorlarının istehsalını dayandırıb.

Mənbə: news.milli.az