Yoluxma riskini azaldır – ABŞ-da koronavirus araşdırması

Yoluxma riskini azaldır – ABŞ-da koronavirus araşdırması

ABŞ-da aparılan bir araşdırmaya görə, yetərli miqdarda D vitamininə sahib olanların ölüm riski daha aşağıdır.
Medicina.az xəbər verir ki, ABŞ-da Boston Universiteti Tibb fakultəsinin yeni araşdırmasına görə, D vitamini kifayət qədər olan insanların virusa yoluxma və ölmə ehtimalı aşağıdır.”PLOS One” adlı jurnalda yayımlanan araşdırmada, koronavirus səbəbi ilə xəstəxanada yatan 235 xəstədən D vitaminini ölçmək üçün qan nümunələri alındı.
40 yaşdan yuxarı xəstələrdə yetərli D vitamininə sahib olanların, əksik olanlara görə ölmə riskinin 51 faizdən aşağı olduğu qeyd edildi.
Qısa müddət əvvəl bununla bağlı araşdırma aparan Dr. Michael Holick, vitaminin yuxarı tənəffüs yollarına təsir edən digər viruslara qarşı da kömək etdiyini bildirib.

Aygün Nəbiyeva

Mənbə: www.medicina.az