iPhone 12 oktyabrın 13-ü təqdim olunacaq

iPhone 12 oktyabrın 13-ü təqdim olunacaq

Apple iPhone 12-nin təqdimatına hazırlaşır, lakin bunun nə vaxt baş verəcəyi hələ dəqiq bilinmir.

Milli.Az techland.az-a istinadən bildirir ki, ancaq insayder Apple-ın yerinə təqdimat tarixini verməyə hazırdır. Xəbər verildiyi kimi, iPhone 12, xüsusi tədbir çərçivəsində təqdim ediləcək. Tədbir 13 oktyabrda baş tutacaq. iPhone 12 üçün əvvəlcədən sifariş isə üç gün sonra 16 oktyabrda açılacaqdır.

Bu məlumatların Hollandiyadan telekommunikasiya operatorunun işçisindən (ehtimal ki, Orange və ya T-Mobile) əldə edildiyi iddia edilir.

Qeyd edək ki, tam rəsmi məlumat hələ verilməyib.

Milli.Az

Mənbə: news.milli.az