Qrip əleyhinə vaksinasiya aktuallaşır - Pandemiya dövründə təhlükə ikiqat artır - VİDEO

Qrip əleyhinə vaksinasiya aktuallaşır - Pandemiya dövründə təhlükə ikiqat artır - VİDEO

Payız və qışdaimmunitetimizbir qədər zəifləyirvə bu səbəbdəntez-tez xəstələnirik. COVID-19 pandemiyasınınsürətlə yayıldığı bu dövrdə isə təhlükə iki qat artır. Buna görə də mütəxəssislərqrip əleyhinə vaksinasiyanın aktuallığını gündəmə gətirir.

Qarşıdan gələn payız-qış mövsümü ilə əlaqədar olaraq resperator xəstəliklər çoxalır. Buna görə də COVİD-19 pandemiyası dövründə payız-qış mövsümü bir qədər problemlər yarada bilər. COVİD-19 xəstəliyinə hər hansı bir resperator xəstəliklərin qoşulması bu xəstəliyin ağır keçməsinə səbəb ola bilər.Bunun üçün də qrip əleyhinə vaksinasiya indiki durumda daha çox aktuallaşır.

Millət vəkili Soltan Məmmədovisə qeyd edib ki, hər 5 ildən bir təsdiqolunan peyvəndləmətəqviminə uyğun olaraq dövlət hesabına 11 xəstəliyə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir. Azərbaycanda immunlaşdırma proqramında Avropa regionunda qəbul olunmuş bütün beynəlxalq standartlar tətbiq olunur.

Azərbaycanda istifadə edilənpeyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının bütün standartlarına cavab verir və bu qurum tərəfindən qeydiyyata alınıb.

Mənbə: sonxeber.az