Alimlər koronavirusdan ölüm ehtimalını azaldan amili açıqladı

Boston Universitetinin Tibb Məktəbinin alimləri müəyyən ediblər ki, qanında D vitamininin miqdarı normal səviyyədə olan COVID-19 xəstələri arasında ölüm və ağır halların səviyyəsi daha aşağıdır.

Bu barədə “PLOS ONE” jurnalı yazıb.

Araşdırma müəllifləri bildiriblər ki, 40 yaşdan yuxarı və qanında normal səviyyədə D vitamini olan xəstələr arasında ölüm ehtimalı sözügedən vitaminin çatışmazlığı olan xəstələrlə müqayisədə 51.5 faiz aşağıdır.

Araşdırma sübuta yetirib ki, D vitamininin kifayət qədər olması mümkün fəsadların və yekun nəticədə ölüm hallarının qarşısını almağa yardım edir.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Hikmət Hacıyev Ermənistanın təxribatı barədə bəyanət verdi

SONRAKI XƏBƏR

"Mançester Siti" Portuqaliya millisinin üzvünü transfer etdi