“Samsung” dünyanın ən innovativ şirkətləri siyahısına daxil olub

“Samsung” dünyanın ən innovativ şirkətləri siyahısına daxil olub

“Boston Consulting Group” beynəlxalq şirkəti dünyanın 20 ən innovativ şirkətinin açıqlandığı illik tədqiqata yekun vurub. Bildirilir ki, Cənubi Koreyanın “Samsung Electronics” şirkəti də sözügedən siyahıya daxil olub. Bu barədə ­“Hi-tech-news” məlumat yayıb.

Bildirilir ki, “Ən ­innovativ şirkətlər” adlı tədqiqat çərçivəsində şirkət tərəfindən dünyanın müxtəlif bazarlarında ən perspektivli və sürətlə inkişaf edən oyunçular müəyyənləşdirilir. Hazırkı reytinq 2019-cu ilin avqustundan oktyabrınadək planetin 2500 iri şirkətinin rəhbərləri arasında keçirilən sorğunun məlumatlarına əsaslanır. Reytinq iştirakçıları dörd parametr üzrə qiymətləndirilib: innovasiya sahəsində bütün rəhbərlərin səsinin sayı, səhmlərin ümumi gəlirliyi, eyni sahə üzrə şirkət rəhbərlərinin səsinin sayı, müxtəlif sahələrdə səslərin sayılması üçün indeks (bu göstərici ilk dəfə reytinqə daxil edilib).
“Samsung Electronics” beynəlxalq şirkət tərəfindən bu il ən innovativ seçilən şirkətlərin ilk beşliyinə daxil olub. 2020-ci ildə Cənubi Koreya nəhəngi ardıcıl üçüncü dəfə reytinqin beşinci pilləsində qərarlaşıb. Bundan başqa, “Boston Consulting Group”un 14 illik hesabatı tarixində şirkət ən yaxşılar iyirmiliyini bir dəfə olsun belə tərk etməyib.

Mənbə: xalqqazeti.com