Yeni nəsil Audi A3 modeli metanla işləyən versiyaya sahib olub - FOTO

Almaniyada metan ənənəvi olaraq avtomobil yanacağı kimi çox populyardır. Qeyd etmək gərəkdir ki, ölkə daxilində 850-dən çox qazdoldurma məntəqəsi mövcuddur. Bu səbəbdən Volkswagen konsrni uzun illərdir ki, istehsal etdiyi avtomobillərin geniş çeşiddə metan modifikasiyalarına sahibdir. İndi, yeni nəsil Audi A3 Sportback hetçbeki də belə bir versiyaya sahib olub.

A3 Sportback 30 g-tron modifikasiyası metan üçün üç çənə malikdir: 4 kiloqramlıq bir polad balon arxa divanın altında və daha iki kompozit balon (hər biri 7 kiloqram) baqaj bölməsinin döşəıməsində yerləşdirilib. Metan bu balonlarda 200 bar təzyiqlə saxlanılır və onların tamamilə dolu (18 kiloqram) olması halında, hetçbek WLTP dövrünə əsasən təxminən 445 kilometr məsafə qət edə bilər.

Milli.Az autograph.az-a istinadən bildirir ki, arxa divanın altında 9 litr həcmi olan kiçik yanacaq çəni də quraşdırılıb: benzin yalnız aşağı temperaturlarda mühərriki işə salmaq və metan doldurma məntəqəsinə çatmaq üçün "ehtiyat" yanacaq kimi lazımdır. Ancaq yanacaq çənləri baqaj bölümünün həcminə təsir edib. Baqaj bölməsinin tutumu 100 litr azalaraq 280 litrə bərabər olub.

Millerin qəzaət rejiminə keçirilə bilən 1.5-litrlik dördsilindrli turbomühərrik, metan versiyasında xeyli artmış geometrik sıxılma nisbətinə malikdir: orijinal benzin variantındakı 12.5: 1 əvəzinə 10.5: 1. Eyni zamanda, mühərrikin hasilatı 150 at qüvvəsi və 250 Nm - dən 131 at qüvvəsi və 200 Nm-ə qədər azalıb.

Təklif olunan yeganə ötürmələr qutusu yeddi pilləli S tronic preselektividir. Belə hetçbek 100 km/saat həddinə 9,7 saniyəyə sürətlənir və 211 km/saatlıq maksimal sürət həddinə malikdir.

Almaniyada Audi A3 Sportback 30 g-tron modelinin satışlarına bu payızda başlanacaqdır. Metanla işləyən hetçbekin qiyməti 30,700 avrodan başlayır.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Paşinyan Putinə yenidən zəng etdi

SONRAKI XƏBƏR

UNESKO cəbhədəki vəziyyətlə əlaqədar məlumatlandırıldı