Samsung-a yeni rəqib gəlir – Bazarın 40%-ni ələ keçirəcək

Son iki ildə Samsung çevik ekranlı cihazların istehsalı ilə məşhur olsa da, artıq şirkətin ciddi rəqibi yarana bilər.

Milli.Az ted.az-a istinadən bildirir ki, BOE adlı Koreya istehsalçısı Samsung-la ciddi rəqabət şəraitində fəaliyyət göstərəcək.

Məlumata görə, smartfon ekranları istehsal edən BOE şirkəti 2024-cü ilə qədər OLED çevik ekran bazarının təxminən 40%-ni tutmaq niyyətindədir.

Brend təmsilçilərinin sözlərinə əsasən, hazırda bazarın 20.3%-i BOE-yə məxsusdur. Bu seqmentin ümumi bazar dəyəri isə 49.7 milyard ABŞ dollardır.

Qeyd edək ki, mütəxəssislər çevik ekran bazarında yaranacaq rəqabət mühitinin kifayət qədər maraqlı hadisələrlə yadda qalacağını düşünürlər.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Ağdam sakini: Erməni faşizmi dinc əhalini hədəfə alıb

SONRAKI XƏBƏR

“Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” - Mehriban Əliyeva