Kibertəhlükəsizliyə ciddi yanaşmalıyıq - VİDEO

Kibertəhlükəsizliyə ciddi yanaşmalıyıq - VİDEO

İnformasiya müharibəsi şəraitində kiber təhdidlərin sayı da artır. Bu ərəfədə həm düşmən tərəf həm də milli mənsubiyyətindən asılı olmayaraq bütün kiber cinayətkarlar daha fəal olurlar. Onlar vətəndaşların, özəl şirkətlərin və ya hər hansı qurumların məlumatlarını əldə etməyə çalışırlar.

Bu haqqda REAL-a NRYTN-nin şöbə müdiri Rəşad Əzizov məlumat verdi. Rəşad Əzizov həm də qeyd etdi ki, ona görə də bu ərəfədə kibertəhlükəsizlik məsələsinə daha ciddi yanaşmalıyıq

Rəşad Əzizov həmçinin ölkə ərazisində internetin məhdudlaşdırılması məsələsinə də toxundu. Qeyd etdi ki, internetin məhdudlaşdırılması texniki məsələ ilə bağlı deyil, tamamilə siyasi bir qərardır və bunun konkret səbəbləri də var.

NRYTN tərəfindən internetin ölkə ərazisində müvəqqəti məhdudlaşdırılmasıyla bağlı vətəndaşlardan anlayışlı olmaq tələb olunur.

Mənbə: www.realtv.az