Samsung Galaxy S20 FE - ən yaxşı flaqman xüsusiyyətləri sərfəli qiymətə

Samsung Galaxy S20 FE - ən yaxşı flaqman xüsusiyyətləri sərfəli qiymətə

Bakı. Trend:

23 Sentyabr tarixində Samsung istifadəçilərin bir daha “Unpaked” mərasiminə dəvət etdi. Bu xüsusi buraxılış Galaxy S20 seriyasının yeni modeli - Samsung Galaxy S20 FE-yə həsr edilmişdir. “Kiçik” tədbir, Samsung-un sadiq pərəstişkarlarına həsr olunmuşdu, yeni modeldə bu səbəbdən məhz Fan Edition adlandırılıb.

İlk dəfədir ki, flaqman modellərinin xüsusiyyətləri sərfəli cihazda toplanmışdır. Belə ki, Samsung, Galaxy S20 seriyasının, buna misal olaraq, axarı işləmə prosesinə malik displeyi, süni zəka üzərindən işləyən kamerası, yenilənmiş içliyi, tutumlu batareyası və optimallaşdırılmış premium dizaynı kimi xüsusiyyətləri götürərək pərəstişkarlarına yeni Galaxy S20 FE təqdim etdi.

Qeyd etmək lazımdır ki, şirkət smartfonun yeni görünüşünün yaradılması üzərində xeyli çalışaraq S20 flaqmanına xas olan adi rənglərdən kənara çıxmışdır. Belə ki, indi ultra-modern və dəbli rənglərdə təqdim olunan cihazı, incə «Cloud» sözcüyü əlavə olunan bənzərsiz palitrada əldə edə bilərsiniz. Beləliklə, Galaxy S20 FE alıcılara Navy, Red, Lavender, Mint, White və Orange rənglərində təqdim olunacaqdır. Həmçinin smartfonun korpusunu sözün əsl mənasında şah əsəri adlandırmaq olar, belə ki, burada istifadə olunan örtük, səpələmə üsulu ilə əmələ gədiyindən “tüstü” strukturuna malik olur. Prosesin sonunda korpusun davamlılığını təmin edən sərt polikarbonat təbəqə əlavə olunaraq, estetik cəhətdən incə və kifayət qədər dayanıqlı bir səth əldə edilir . Əlavə olaraq qeyd etmək lazımdır ki, korpus beynəlxalq IP68 standartına uyğun su və toz keçirməzliyinə malikdir.

Korpusun ön hissəsində isə 6,5” Super AMOLED Infinity-O ekranı yerləşdirilmişdir. Burada axarı işləmə və ən komfortlu məzmun istifadəsi üçün displey, 120Hz yenilənmə tezliyi ilə təchiz olunmuşdur. Ekranın üst hissəsində yerləşən 3.34mm ölçülü kiçik dəliyə isə F/2.0 diafraqmalı, 32MP-lik selfie kamerası quraşdırılmışdı. Eyni zamanda modelin əsas kamerası üç moduldan ibarət olub, iki 12MP, geniş bucaqlı və 123 °-lik ultra genişbucaqlı və 3 qat zoom-a malik, optik stabilizasiya ilə təchiz olunmuş 8 MP telephoto obyektivlərinə sahibdir. Həmçinin, Galaxy S20 FE, Galaxy S20-dən 30 qat Space Zoom və Multi-shot funksiyasını da mənimsəmişdir.

 

Bundan əlavə, smartfon Samsung Exynos 990 prosessoru, 6 QB RAM və microSD kartdan istifadə edilərək 1 TB qədər genişləndirilə bilər 128 QB daxili yaddaşla təchiz olunmuşdur,.

Həmçinin, Galaxy S20 FE-də 4500 mAh tutumlu batareya quraşdırılmışdır, əlavə olaraq isə smartfon ultra sürətli simsiz yükləməni də dəstəkləyir.

Diqqət, 24 sentyabr və 15 oktyabr tarixlərində Samsung Galaxy S20FE öncədən sifariş edin və hədiyyə olaraq Galaxy Fit2 fitness qolbağını əldə edin. Tələsin belə fürsəti əldən vermək olmaz!

Galaxy S20 FE smartfonu haqqında ətraflı məlumatı Baku Electronics, Irşad Electronics, Kontakt Home, Maxi.Az, Soliton, Optimal və World-Telecom mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Mənbə: az.trend.az