KİMM: Azərbaycanın dövlət informasiya resurslarına qarşı DDoS hücumların qarşısı alınır

Azərbaycanın dövlət informasiya resurslarına qarşı DDoS (Distributed Denial of Service) hücumlarının, o cümlədən kiberhücum cəhdlərinin qarşısını almaq məqsədilə botnetə üzv olan "zombi" kompüterlərə aid İP seqmentlər, anonim "proxy" və VPN-lərdən dövlət informasiya sistemlərinə girişlər mütəmadi olaraq Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİMM) tərəfindən bloklanır.

"APA-Economics" xəbər verir ki, bu barədə Mərkəzin yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, 28 sentyabr tarixindən 65 Gbitik trafik həcmi ilə bir sıra ölkədən botnetə qoşulmuş server idarəetmə mərkəzləri və "zombi" kompüterlər vasitəsilə emal olunan milyonlarla saxta sorğular bloklanıb.

"Dövlət qurumlarının informasiya ehtiyatlarının fəaliyyətində dayanma müşahidə olunmasa da, DDoS hücumun qarşısının alınması məqsədilə xarici ölkələrdən müvafiq İP seqmentasiyaların mütəmadi blok olunması xarici ölkələrdə eyni İP seqmentdən istifadə edən vətəndaşları da həmin resurslara girişində çətinliklər yarada bilər", - məlumatda deyilir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

BMT dünya ölkələrini qənaətdən imtina etməyə çağırıb

SONRAKI XƏBƏR

Övladlığa götürən şəxslərdən birinin muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat azaldılır