Azərbaycanlı hakerlər Paşinyanın şəxsi məlumatlarını ələ keçirib

Azərbaycanlı hakerlər Paşinyanın şəxsi məlumatlarını ələ keçirib

Azərbaycanlı hakerlər Ermənistanın Baş naziri Nikol Paşinyanın şəxsi məlumatlarını ələ keçiriblər.

TED.az xəbər verir ki, bu barədə "Azerbajan Cyber Army" haker qrupu sosial şəbəkələrdə məlumat və fotolar paylaşıb.

Məlumatda qeyd olunur ki, Ermənsitanda informasiya təhlükəsizliyi üzrə mütəxəssis olan Samvel Martirosyanın da şəxsi məlumatları ələ keçirilib. Hakerlərimiz, hətta Samvel Martirosyanın mobil nömrəsinə pul da yükləyiblər.

Teleqramda hər iki kiber əməliyyatla bağlı satirik paylaşım edilib: “Samveli paylaşdıq, Paşinyan inciyib. Deyir, kontur vuranda xəbər eləmərsiz, konturu qurtarıb deyə, Putinə Whatsapp-dan zəng edir”.

 

Mənbə: ted.az