"Uçan həkim" 90 saniyədə xəstəyə çata biləcək - FOTO

"Uçan həkim" 90 saniyədə xəstəyə çata biləcək - FOTO

İngiltərədə tibb işçilərinin xəstələrə təcili çatması üçün yeni üsul hazırlanıb.
"Great North Air Ambulance Service" (GNAAS) tərəfindən hazırlanan "uçan həkim" layihəsi artıq sınaqdan keçirilib.
Sınaq uçuşu "Gravity Industries" şirkətinin qurucusu Riçard Brovning tərəfindən həyata keçirilib.
Layihənin qurucusu Brovning layihənin məqsədinin səhiyyə işçilərinin xəstəyə daha tez müdaxilə etməsi olduğunu bildirib.
Trafikdə dəqiqələr itirməyin lazım olmadığını söyləyən Brovning " tibb işçisi jet kostyumunu geyindiyi anda təxminən 90 saniyədə qeyd olunan yerə çata biləcək" açıqlamasını verib.



 

 

Mənbə: big.az