İlon Mask pensiyaların qlobal ləğvindən danışıb

İlon Mask pensiyaların qlobal ləğvindən danışıb

“Qarşıdakı 20 il ərzində pensiya üçün yığım ləğv ediləcək”.

Xarici KİV-ə istinadla xəbər verilir ki, bunu amerikalı milyarder İlon Mask bəyan edib.

“Business Insider”-ə danışan milyarder yaxın 20 ildə dünyada pensiya sisteminin ləğv ediləcəyini proqnozlaşdırır.

Sahibkarın fikrincə, innovasiya gələcəkdə məhsuldarlığın çoxalmasına və nəticədə resursların əlçatanlığının artmasına gətirib çıxaracaq ki, nəticədə yüksək gəlirləri hamı üçün əlçatan edəcək. “Amma bu utopiyaya keçid asan olmayacaq” - deyə Mask xəbərdarlıq da edib.

V. QULİYEV

Mənbə: reyting.az