Dünyanın ilk 6 kameralı smartfonu Huawei Mate 40 Pro ola bilər

Dünyanın ilk 6 kameralı smartfonu Huawei Mate 40 Pro ola bilər

Huawei, Huawei Mate 40 modelinin ilk rəsmi görüntüsünü yayımladı ki, bu da əsas kameranın formasını dəyişdiyini və indi səkkizbucaqlı olduğunu təsdiqləyir.

Milli.Az techland.az-a istinadən bildirir ki, bundan sonra Rodent950 ləqəbli insayder, Huawei Mate 40 Pro kamerasının necə görünə biləcəyini göstərən bir şəkil yerləşdirdi.

Bu, qeyri-rəsmi şəkildi, lakin mənbə hesab edir ki, Huawei, həqiqətən, bazarda əsas kamerada altı görüntü sensoru olan smartfon buraxan ilk şirkət ola bilər.

Qeyd edək ki, modelin təqdimatı 22 Oktyabrda baş tutacaq.

 

Mənbə: news.milli.az