NASA təyyarəsi təcili eniş etdi - VİDEO

NASA təyyarəsi təcili eniş etdi -

NASA təyyarəsi Teksasda texniki nasazlıq səbəbindən təcili eniş edib.

Bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, “NASA WB-57” təyyarəsi şassinin nasazlığı səbəbindən Hyuston şəhərindəki Ellinqton Field aeroportunun uçuş-enmə zolağına eniş edib.

Təyyarə enərkən altından səpələnən qığılcımlar görünüb. Pilot təyyarənin salonundan çıxarılıb və xəstəxanaya yerləşdirilib.

Təyyarənin nasazlıq səbəbləri araşdırılır.

Hüseyn İbadlı

Mənbə: publika.az