“Microsoft Defender” “Windows 10” sistemi üçün on ən yaxşı antivirusdan biri seçilib

AZƏRTAC xarici saytlara istinadən xəbər verir ki, qərargahı Almaniyada yerləşən şirkətin mütəxəssisləri “Windows” əməliyyat sistemi üçün antivirus məhsullarını mütəmadi olaraq qiymətləndirirlər. Sınaqlar zamanı üç əsas amil nəzərə alınır: məhsuldarlıq, qoruma səviyyəsi və istifadə rahatlığı. Bu il “Microsoft Defender” hər üç kateqoriya üzrə ən yüksək bal toplamağa nail olub.

Mütəxəssislərin hesabatı 2020-ci ilin iyulundan avqust ayınadək olan məlumatları əhatə edir. Sınaqların nəticələrinə əsasən, “Microsoft”un proqram təminatı bütün kateqoriyalar üzrə “Kaspersky Internet Security”, “Norton 360” və “Avira Antivirus Pro” kimi tanınmış rəqib proqram təminatları ilə eyni səviyyədə olub.

“Microsoft Defender” antivirus proqram təminatının əsas üstünlüklərindən biri odur ki, o, əməliyyat sisteminin tərkibinə daxildir və lisenziyanın dövrü uzadılmasını tələb etmir, həmçinin ödənişli məhsullar kimi eyni funksionallıq təklif edir.

Strateq.az

ƏVVƏLKİ XƏBƏR

Namussuzun biri də söz istədi

SONRAKI XƏBƏR

Azvision: Əsl sərkərdə döyüşü başlamazdan qabaq udur (VİDEO)