iPhone 12-nin zədələnmiş ekranını dəyişdirmək hansı qiymətə başa gələcək?

Digər istehsalçılarda olduğu kimi Apple şirkətinin də rəsmi zəmanəti cihazların mexaniki zədələnmələrinə aid edilmir. Beləliklə Apple şirkəti öz servis mərkəzlərində zədələnmiş cihazlar arasında ən çox dəyişilən komponentin iPhone 12 üçün qiymətini açıqlayıb. Təbii ki, söhbət, smartfon ekranının dəyişilməsindən gedir. Bu barədə Gizmochina saytı xəbər verib. Şirkətin verdiyi məlumata əsasən iPhone 12 ilə iPhone 12 Pro-nun ekranlarının dəyişilməsi ABŞ-da 279$-a, Çində isə 321$-a başa gələcək.

Bununla belə qeyd olunmuş qiymət təmirin özünə şamil olunmur. Belə ki, təmir prosesi üçün ayrıca ödəniş etmək lazım gələcək. Mexaniki zədələnmələr zamanı olacaq xərclərin azaldılması üçün şirkət 2 il müddətinə genişləndirilmiş AppleCare + zəmanət paketini təqdim edir. Bu zamanət paketinin qiyməti iPhone 12 və iPhone 12 mini üçün 149$, iPhone 12 Pro və iPhone 12 Pro Max üçün isə 199$ təşkil edir. Sözügedən zəmanət paketi çərçivəsində smartfonların ekranları regiondan asılı olaraq 29$-dan başlayan qiymətlə dəyişdirilir.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Pulqabısını parkda unudan şəxs BELƏ CƏZALANDIRILDI -VİDEO

SONRAKI XƏBƏR

VOVA üzvü, məşhur erməni idmançı məhv edildi - FOTO