Pulqabısını parkda unudan şəxs BELƏ CƏZALANDIRILDI -VİDEO

Pulqabısını parkda unudan şəxs BELƏ CƏZALANDIRILDI -VİDEO

Türkiyədə Bolu şəhərinin merinin köməkçisi Rasim Özdəmir səhər idman edərkən parkda bir masanın üzərində zibillərin olduğunu görüb.

Yığışdırmaq istədikdə isə masada Fatih A. adlı şəxsə məxsus pulqabının qaldığını aşkarlayıb. İçində yalnız şəxsiyyət vəsiqəsi olan pulqabını sahibinə qaytarmaq üçün isə Özdəmir maraqlı bir şərt qoyub.

Sonxeber.az-ın BiG.AZ-a istinadən verdiyi xəbərə görə, o, masanı zibilləyən şəxsə videomüraciət edərək bildirib ki, pulqabını yalnız zibillərini təmizlədikdən və şəklini çəkdikdən sonra polislərdən ala biləcək.

Şərtə əməl edən Fatih A. tapılan əşyanı geri alıb.
Sonxeber.az

Mənbə: sonxeber.az