40 dollara 5G dəstəkli smartfon!

Hal-hazırda dünyada ən əlverişli 5G smartfonu, 340 dollara başa gələn OnePlus Nord'dur. Ancaq bu ilin sentyabr ayında Reliance Jio-nun rəhbəri Mukesh Ambani, şirkətin ölkədə 5G şəbəkəsi yaratmağa hazırlaşdığını elan etdi. Hindistan İqtisadi Tayms qəzetinin yeni bir hesabatında, Reliance Jio, Hindistanda 34 dollardan başlayan 5G xüsusiyyətli Jio telefonlarını satışa çıxarmağı planlaşdırır.

Milli.Az techland.az-a istinadən bildirir ki, Hindistan hökuməti hələ 5G şəbəkələrini sınaqdan keçirmək üçün telekom provayderlərinə spektr ayırmayıb. Ancaq Reliance Jio öz 5G avadanlığı üzərində işləyir və hal-hazırda Rabitə Nazirliyindən 5G spektri ayrılmasını gözləyir. 5G şəbəkələrinin kommersiyalaşdırılması zamanı Reliance Jio, mövcud 300 milyon 2G istifadəçisini 5G istifadəçisinə çevirməyi hədəfləyir.

Reliance Jio başlanğıcda 5G smartfonlarını 70 dollardan aşağı qiymətə satmağı planlaşdırır. Satışlar böyüdükcə şirkət 34-41 dollar aralığına enməyi planlaşdırır.

Qeyd edək ki, ilk 5G xüsusiyyətli Jio telefonunun gələn ilin əvvəli çıxışı gözlənilir.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Putin pandemiyaya baxmayaraq, uzun sürən münaqişələri həll etməyə çağırış edib

SONRAKI XƏBƏR

"Vətəni olmayan insan..." - Xalq artistinin qızı paylaşımı ilə DİQQƏT ÇƏKDİ