Ermənistan təkcə döyüş meydanında deyil, hibrid müharibədə də məğlub olur - VİDEO

Ermənistan təkcə döyüş meydanında deyil, hibrid müharibədə də məğlub olur - VİDEO

Son vaxtlar sosial şəbəkələr sanki döyüş poliqonuna çevrilib.

Düşmənlərimizlə təkcə cəbhədə deyil həm də informasiya məkanında da döyüşürük. Ermənistan tərəfindən hətta sadə vətəndaşlarında hesablarına kiberhücumlar edilir, təxribat xarakterli məlumatların yayılmasına cəhdlər göstərilir. Sözsüz ki, hibrid müharibə həm də ayıq-sayıqlıq tələb edir. Düşmənin məkrli əməllərinin qarşının alınması məqsədilə müvafiq təhlükəsizlik tədbirlərini gücləndirmələri tövsiyə olunur.

Sosial şəbəkələrin aktiv istifadəçisi olan Gənclərin ən çox istifadə etdiyi platformalar “Facebook”, “Instagram” və “Whatsapp”dır. Artıq Azərbaycan gəncləri tək bu platformalar da deyil, həm də “Twitter”də haqq səsimizi dünyaya çatdırmağa üçün kampaniyalar aparırlar.

Gənclərin Sosial Tərəfdaşlıq mərkəzinin rəhbəri Nihad Allahyarlı deyir ki, 1 həftə ərzində #prayforganja heştaqı dünya trendində daxil edilib. Həmçinin, dünyanın nüfuzlu xəbər səhifələrinin Qarabağdan paylaşım edən zaman, orada şərh yazan ermənilərin hər zamankı saxtakar fikirlərinin də qarşısı elə sadə vətəndaşlarımız tərəfindən alınır. İnglis dilində Qarabağ həqiqətləri paylaşılır, yanlış informasiyanın yayılmasının qarşısı alınır.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən də bildirilir ki, vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər.

Mənbə: www.realtv.az