Yeni dələduzluq: Saxta "Facebook" linklərindən istifadə edilir

Yeni dələduzluq: Saxta "Facebook" linklərindən istifadə edilir

Facebook-da yeni zərərli linklər ortaya çıxıb. Həmin linklər istifadəçiləri, istifadə etdikləri kompüterlərin zərərli proqram təminatı ilə yoluxduqlarını bildirən saxta saytlara yönləndirirlər. Guya yaranmış problemi aradan qaldırmaq üçün isə həmin saytlarda istifadəçilərdən ödəniş tələb olunur. Facebook-da yayılan bu cür linklər haqqında "Malwarebytes" şirkəti danışıb. Məlumatda qeyd olunub ki, bu cür saxta saytlara yönləndirilmiş istifadəçilərə guya yaranmış problemi həll etmək üçün dəstək xidmətinə zəng edilməsi təklif olunur.

Mənbə: www.iqtisadiyyat.az