Maskadan istifadə həyati əhəmiyyət daşıyır

Maskadan istifadə həyati əhəmiyyət daşıyır

Rusiyalı psixoloq Aleksandr Konfisaxor koronavirusun yayılmamasına görə insanların tibbi maska taxmaq istəmədikləri haqqında danışıb.

Cebhe.info xəbər verir ki, bu barədə HCH məlumat yayıb.

Psixoloq bildirb ki, insanlar hələ də inanmırlar ki, tibbi maskalardan istifadə koronavirusun qarşısını alır: "Tibbi maskalar çox ucuzdur, əslində, onu hər gün yeniləmək lazımdır. İnsanlar isə inamsızlıqdan eyni maskadan bir neçə gün istifadə edirlər. Bu isə düzgün deyil", -deyə həkim vurğulayıb.

Sosial reklamlardan söz açan Konfisaxor qeyd edib ki, inam insanın daxilində olmalıdır:

"Sosial reklamların bu sahədə o qədər də faydasını görmürəm. Belə reklamlar əhalidə inamsızlığı daha da artırır", - deyə psixoloq əlavə edib.

Sevinc Tapdıqqızı
Cebhe.info

Mənbə: cebhe.info