Dacia Logan və Sandero modellərini təqdim edib - FOTO

Group Renault qrupuna məxsus olan Dacia markası yeni nəsil Logan, Sandero və Sandero Stepway modellərini təqdim edib. Büdcə modelləri müasir platformaya keçib, yeni eksteryer və interyerə sahib olub. Bundan başqa, modellərin mühərrik çeşidindən 1,5-litrlik turbodizel çıxarılıb.

Milli.Az autograph.az-a istinadən bildirir ki, hazırda Logan və Sandero modellərinin əsasını Renault Clio modelinin inaş edildiyi CMF-B arxitekturası təşkil edir. Logan modelinin ölçüləri dəyişib: modelin uzunluğu 50 millimetr artaraq 4396 millimetrə çatıb. Modelin eni də artaraq 115 millimetr artaraq 1848 millimetrə çatıb. Logan modelinin oxları arasındakı məsafə 2649 millimetr təşkil edir ki, bu da sələfində olduğundan 15 millimetr çoxdur.

Eksteryer dəyişiklikləri arasında Y-formalı gündüz hərəkət işıqlarına malik olan yeni LED işıq texnikası, duman işıqları olan yuvarlaq bamperlər, xrom elementləri olan yeni radiator barmaqlığı və çıxıntılı kapot yer alır.

Salonda yeni ön panel arxitekturasını, yeddi düymlük sensorlu ekranı olan multimedia sistemini, smartfonlar üçün bərkitmə qurğusu, yeni klimat-kontrol və yenilənmiş cihazlar panelini görmək olar. Modelin avadanlıq siyahısına altı hava yastığı, təcili əyləcləmə sistemi və eCall sistemi daxil edilib.

Avropada üçüncü nəsil Dacia Logan və Sandero modelləri 65, 90 və 100 at qüvvəsinə sahib olan üçsilindrli mühərriklər ilə təklif edəcəklər. Ən güclü versiyası qazla işləyəcək. Sıradakı zəif aqreqat beş pilləli mexaniki transmissiya ilə, 90 at qüvvəli mühərrik altı pilləli mexanika ötürmələr qutusu və ya CVT variatoru ilə, ən güclü aqreqat isə yalnız altı pilləli mexaniki qutu ilə təchiz ediləcəkdir.

Yeni modellərin Avropadakı satışlarına yaxın zamanlarda başlanmalıdır. Qiymətlər satışların başlanılmasına yaxın elan ediləcək.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistan Azərbaycan Ordusuna qarşı uşaqlardan istifadə edir - VİDEO

SONRAKI XƏBƏR

Ermənistan aciz durumda - VİDEO