Hyundai yeni Elantra modelini yarışlar üçün hazırlayıb - FOTO

Hyundai yeni Elantra modelini yarışlar üçün hazırlayıb - FOTO

Pekində keçirilən avtosalonda TCR çempionatında çıxış etmək üçün hazırlanmış yeni Elantra N TCR modelinin təqdimatı baş tutub. Hyundai Motorsport Customer Racing komandası tərəfindən yaradılmış avtomobili üç ay ərzində Avropada yerləşən avtodromlarda sınaqdan keçiriblər. Testlər zamanı idman avtomobili beş min kilometrdən çox məsafə qət edib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, TCR çempionatının reqlamentinə uyğun olaraq, Elantra N TCR modeli ön ötürmə və 2,0-litrlik turbomühərrik ilə təchiz edilir. Bu mühərrik mülki modellərdə quraşdırılan aqreqatın təkmilləşdirilmiş bir versiyasıdır. Güc aqreqatı sükanaltı dəstəkləri olan altı pilləli ötürmələr qutusu ilə tandemdə çalışır.

TCR çempionatının reqlamentinə uyğun olaraq, Elantra N TCR modeli ön ötürmə və 2,0-litrlik turbomühərrik ilə təchiz edilir. Bu mühərrik mülki modellərdə quraşdırılan aqreqatın təkmilləşdirilmiş bir versiyasıdır. Güc aqreqatı sükanaltı dəstəkləri olan altı pilləli ötürmələr qutusu ilə tandemdə çalışır.

Elantra modeli beynəlxalq kuzov yarışlarında çıxış edən özəl komandalar üçün hazırlanan və koreya markasının TCR xəttindən olan üçüncü modeldir. Bu günə qədər Cənubi Koreya istehsalçısı müştərilərinə i30 N TCR və Veloster N TCR yarış avtomobillərini təklif edirdi. Hazırda Elantra N TCR modelinin testləri davam edir. Bu testlərdə kuzov çempionatında yarışan pilotlar aktiv şəkildə iştirak edirlər. Yarış avtomobilinin ilk nüsxələr bu ilin sonuna qədər müştərilərə təhvil veriləcəkdirlər.

Milli.Az

Mənbə: news.milli.az