“Facebook” ABŞ seçkilərində etnik qarşıdurmaların qarşısını alan alətlərdən istifadə edəcək

“Facebook” ABŞ seçkilərində etnik qarşıdurmaların qarşısını alan alətlərdən istifadə edəcək

“Facebook” sosial şəbəkəsi ABŞ-ın prezident seçkiləri zamanı riskli ölkələrdə, xüsusən də Şri-Lanka və Myanmada daxili etnik ziddiyyətlərin qarşısını almaq üçün yeni alətlərdən istifadə etməyi planlaşdırır.

Banker.az xəbər verir ki, bu barədə şəbəkə rəhbərliyinin planları ilə tanış olan həmsöhbətlərə istinadən “The Wall Street Journal” yazıb.

Verilən məlumata görə, sosial şəbəkənin istifadə etməyi planlaşdırdığı tədbirlər virus kontentin yayılmasını qarşısını almaq, xəbər lentinin parametrlərini dəyişdirmək və potensial təhlükəli yazıları senzuradan keçirmək məqsədini daşıyır.

Populyarlaşmış paylaşımların xəbər lentində görünməsi mərkəzləşdirilmiş ayarlar vasitəsilə məhdudlaşdırılacaq, provokasiya xarakterli kontentə isə senzura tətbiq ediləcək. WSJ mənbələri qeyd edib ki, sosial şəbəkə bu kimi alətlərdən yalnız zorakılıq təhdidi olan hallarda istifadə edəcək.

“Seçkilərin təhlükəsizliyinin təmin edilməsinə illər sərf etdik. Biz əvvəlki seçkilərdən dərs aldıq, mütəxəssislər işə götürdük və fərqli ssenarilərə hazırlaşmaq üçün müxtəlif mənşəli yeni komandalar yaratdıq”, – deyə “Facebook”un nümayəndəsi söyləyib.

Xatırladaq ki, oktyabr ayının əvvəlindən başlayaraq şəbəkə respublikaçılar tərəfindən bir neçə dəfə tənqidlə üzləşib. Demokratlar isə əksinə, “Facebook”un dezinformasiya ilə mübarizə aparmaq üçün kifayət qədər səy göstərməkdə günahlandırırlar.

“Bu seçkilərdən sonra şiddət və ya vətəndaş iğtişaşları ehtimalını azaltmaq üçün əlimizdən gələni etməliyik”, – deyə “Facebook”un rəhbəri Mark Zuckerberg sentyabr ayında “Axios”a verdiyi müsahibədə bildirib.

Mənbə: banker.az