SARS-CoV-2 çirkli havada daha sürətlə yayılır

SARS-CoV-2 çirkli havada daha sürətlə yayılır

Çindən alınmış məlumatlar göstərir ki, havanın daha çox çirklənməsi SARS-CoV-2-nin ötürülməsinin artmasına gətirib çıxarır, bu da COVID-19 yoluxmalarının sürətlə yayılmasına şərait yarada bilər.

Yenisabah.az xəbər verir ki, çirkli hava immun sistemini zəiflədərək və müqaviməti çətinləşdirərək infeksiyaya həssaslığı artıra bilir, bununla da virusu yayır. Bundan başqa virusun havada ən xırda hissəcikləri onun ömrünü uzadaraq yoluxma ehtimalını artırır.

Honkonq Elm və Texnologiya Universitetinin alimləri “MedRxiv” preprintlərin serverində dərc edilmiş tədqiqatda Çində havanın çirklənməsinin COVID-19-un ötürülməsinə təsirini dəyərləndiriblər. Analiz üçün 2020-ci il yanvarın 1-dən aprelin 1-dək olan dövrdə Çində COVID-19-un yayılması və havanın keyfiyyəti barədə məlumatlardan istifadə edilib.

Tədqiqatçılar müşahidə ediblər ki, havanın yüksək səviyyədə çirklənməsi virusun ötürülmə ehtimalını artırır. Havanın keyfiyyət indeksinin 14,3 faiz artması çirklənmənin təsirindən 2-13 gün sonra ötürməni 2,8 faiz bəndi qədər artırır. Bu nəticə hətta izolyasiya dövründən sonra və koronavirusun yayılmağa başladığı Uhandan götürülən məlumatlarda da saxlanılıb. (Azərtac)

Mənbə: yenisabah.az