Ən yaxşı qlobal markalar bəlli oldu

Ən yaxşı qlobal markalar bəlli oldu

2020-ci ilin ən yaxşı qlobal markaları açıqlanıb. İlk beşlikdə texnologiya nəhəngləri yer alıb.

Teref.az xəbər verir ki, Interbrand-ın hazırladığı ən yaxşı qlobal markalar siyahısında ilk beşlikdə Apple, Amazon, Microsoft, Google və Samsung yer alıb.

Siyahıda altıncı yerdə Coco-Cola qərarlaşıb. Onu ardıcıl olaraq, Toyota, Mercedes, McDonalds və Disney təqib edib.

Birinci yerdə gələn Apple şirkətinin marka dəyərinin 323 milyard dollar olduğu bildirilib. Ən sürətli böyüyən şirkətin isə Amazon olduğu açıqlanıb. Bildirilib ki, şirkətin dəyəri ötən illə müqayisədə 60% artaraq 200 milyard dollara çatıb.

Siyahının davamı isə ardıcıl olaraq aşağıdakı kimidir:

BMW, Intel, Feysbuk, IBM, Nike, Cisco, Louis Vuitton, SAP, Instagram, Honda.ted.az/

Mənbə: teref.az