Ciddi xəstəliklərin müalicəsində riski azaldır

Ciddi xəstəliklərin müalicəsində riski azaldır

Qəhvə içmək sirroz riskini azalda bilər.

Milli.Az xəbər verir ki, bu nəticələri Con Hopkins Xalq Sağlamlığı Məktəbinin amerikalı alimləri elan edib. Mütəxəssislər 45 yaşdan 64 yaşa qədər olan 14 mindən çox insanın məlumatlarını araşdırıb və belə nəticəyə gəlib ki, qəhvə içənlər qaraciyər xəstəliklərindən daha az əziyyət çəkir.

Məlum olub ki, gündə iki fincan qəhvə riski demək olar ki, yarıya endirir - 44%, üç stəkan sirrozun inkişaf ehtimalını 57%, dördü isə 65% azaldır. Qeyd etmək lazımdır ki, həddindən artıq qəhvə digər orqanlara da mənfi təsir göstərə bilər. Məsələn, ürəyin işinə.

Xatırladaq ki, bundan əvvəl ekspertlər qəhvəni heç bir halda aspirin ilə qarışdırmamağı tövsiyə etmişdi. Alkoqoldan sonra mədə həddən artıq qıcıqlanır və buna bənzər kokteyl güclü ağrıya, hətta xroniki qastritin kəskinləşməsinə səbəb ola bilər. (publika.az)

Mənbə: news.milli.az