Bil Qeyts koronavirus peyvəndinin hazır olacağı tarixi AÇIQLADI

Bil Qeyts koronavirus peyvəndinin hazır olacağı tarixi AÇIQLADI

Bil Qeyst yeni növ koronavirusa qarşı vaksinin düşündüyümüzdən daha erkən hazır ola biləcəyini deyib.

Metbuat.az xəbər verir ki, "Microsoft" qurucusu olan Bil Qeyts bildirib ki, 2021-ci ilin əvvəlində koronavirusa qarşı peyvənd hazır ola bilər:

"Hər şey yolunda gedərsə, qərbdə hazırlanan və üçüncü mərhələ klinik testləri aparılan 6 vaksindən 2 ya 3-ü gələn ilin əvvəlində hazır ola bilər".

O, eyni zamanda bildirib ki, sözügedən vaksinlər insanların virusa yoluxmasının və başqasına yoluxdurmasının qarşısını tam almaya da bilər.

 

 

 

Mənbə: metbuat.az