“LG” şirkəti 300 dollara təhlükəsiz smartfon təqdim edib

“LG” şirkəti 300 dollara təhlükəsiz smartfon təqdim edib

Cənubi Koreyanın "LG" şirkəti 300 dollara təhlükəsiz smartfon təqdim edib. Söhbət ABŞ-ın "MIL-STD-810G" hərbi standartı üzrə qorunan "LG Q52" modelindən gedir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, smartfon HD təsvir ölçülü 6,6 düymlük IPS maye kristal displeyi, 4 QB əməli yaddaş, 64 QB daxili yaddaş və "MediaTek Helio P35" prosessoru ilə təchiz edilib. Əsas kamera 48, 8, 2 və 2 mp-lik 4 moduldan ibarətdir. Ön panelə quraşdırılmış selfi kameranın təsvir ölçüsü 13 mp-dir. Model 4000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

"Wi-Fi", "Bluetooth 5.0", "NFC" modulları və "USB-C" portu var. Smartfonun qiyməti 300 dollardır.

 

Mənbə: news.milli.az