Bu təyyarə son mülki uçuşunu etdi

Bu təyyarə son mülki uçuşunu etdi

Ötən əsrin 60-cı illərdə keçmiş SSRİ-də istehsal olunmağa başlayan “Tu-154” təyyarəsi son mülki uçuşunu həyata keçirib.
Yeniavaz.com “ksonline.ru” saytına istinadən bildirir ki, “Tu-154” təyyarəsi son mülki uçuşunu Mirnı şəhərindən (Yakutiya) Novosibirsk şəhərinə edib.
Bildirilir ki, gələcəkdə “Tu-154” təyyarələrdən yalnız Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyi kimi dövlət strukturları istifadə edəcəklər.

Mənbə: www.yeniavaz.com